Botanix – bitkilər və bağçılıq haqqında jurnaldır

Azərbaycanca

Çörəkağacı (Artocarpus odoratissimus)

Çörəkağacı (Artocarpus) tut fəsiləsindən 60 növü olan həmişəyaşıl tropik ağacdır, Cənub-şərqi Asiyada və Sakit okean adalarında becərilir. O, əncir ağacı ilə eyni mənşəlidir (Ficus). Daha çox yayılmış və becərilən təbii çörəkağacıdır (Artocarpus altilis). Bu fəsiləyə meyvə ağacı və kol şəklində olan digər növlər də aid edilir, məsələn, Adi Artokarpus (Artocarpus communis), Cempedak (Artocarpus integer), Artocarpus heterophyllus (Jackfruit, Nangka) və Marang və ya Tarap (Artocarpus odoratissimus).

Bu məqalədə biz daha az yayılmış növünü təqdim edirik – Artocarpus odoratissimus, vətəni Borneo (İndoneziya) adası hesab olunur, ancaq yerli ehtiyac üçün o, həmçinin qonşu ölkələrdə də becərilir (Malayziya, Tailand, Filippin). Öz vətənində o, bu cür tanınır: Atau, Keiran, Loloi, Madang, Marang, Pi-ien, Pingan, Tarap, Terap və Khanun Sampalor. Adıçəkilən ölkələrdən kənarda, demək olar ki, bu növ becərilmir. Təbiətdə o, dəniz səviyyəsindən 1000 metr hündürlüyə qədər sahilboyu meşələrin ikinci yarusunda qumlu torpaqda bitir.

O, 25 metrə qədər böyüyür, yarpaqlarının uzunluğu 16–50 sm, eni isə 11–28 sm olur. Birevli bitkidir, ona görə də meyvələrinin əmələ gəlməsi üçün eyni bitki kifayətdir. Yumurtaşəkilli meyvələrinin rəngi yaşıl, uzunluğu 16 sm, eni isə 13 sm olur. Çəkisi təxminən 1 kq-dır. Meyvəsi çiy və ya bişirilmiş vəziyyətdə yeyilir. Toxumlar temperatur emalından keçirilərək qidada istifadə edilir. Çörəkağacı Cənub-Şərqi Asiyanın əhalisi üçün əhəmiyyətli qida hesab olunur. Meyvənin ləti qar kimi bəyaz, çox şirin, şirəli, ətirli, xoş dadlı olub, durianı (Durio pis qoxulu meyvədir) xatırladır, ondan fərqli olaraq pis qoxulu deyil.

Çörəkağacı Artocarpus odoratissimus toxum vasitəsilə artır. Təzə toxumların çox yüksək cücərmə qabiliyyəyləri olur və bir həftə ərzində cücərir. Borneo adasında keçirilən təcrübələrin nəticəsi olaraq bizə aydın oldu ki, 3 həftədən artıq anbarda saxlanılan toxum öz cücərmə qabiliyyətini tamamilə itirir. Buna görə də toxumu dərhal səpmək lazımdır, yaxşı olar ki, qumlu, yeraltı suları yaxşı keçirə bilən torpaqda. Vegetativ çoxaltmanın (qələm, calaq etmə) nəticəsi uğurlu hesab olunmur . Çörəkağacı çox nadir hallarda ziyanvericilərin hücumunna məruz qalır və xəstəliklərə yoluxur.

Onun tropik rayonlarda əmələ gəlməsini nəzərə alsaq, növ şaxtayadavamlı deyil. Minimal temperatur 7 °C –dən aşağı düşməməlidir. Bu, o deməkdir ki, bizim şəraitdə onu mənzildə və ya istixanada becərmək olar.


picture

Çörəkağacının meyvəsi Artocarpus odoratissimus, Borneo, İndoneziya

picture

Çörəkağacının meyvəsi Artocarpus odoratissimus, Borneo, İndoneziya

picture

Çörəkağacının meyvəsi Artocarpus odoratissimus, Borneo, İndoneziya

picture

Çörəkağacı meyvəsinin təfərrüatı Artocarpus odoratissimus, Borneo, İndoneziya

picture

Çörəkağacı meyvəsinin təfərrüatı Artocarpus odoratissimus, Borneo, İndoneziya

picture

Çörəkağacı meyvəsinin təfərrüatı Artocarpus odoratissimus, Borneo, İndoneziya

««« Əvvəlki məqalə: Həşəratyeyən bitkilərin toxumlarının səpilməsi qaydası Növbəti məqalə: Hindistan şanagülləsi (Nelumbo nucifera) »»»

Cümə axşamı 28.12.2023 17:56 | Çap edin | Ekzotik bitkilər

KPR klub haqqında

Logo of KPR - Bağbanlar Klubu Slovakiya
KPR − Bitkiçilik klubu beynəlxalq bağçılıq təşkilatıdır. Daha çox oxuyun...
Təcrübənizə əsasən bitkilərin becərilmə və yetişdirilmə üsulunu bizimlə bölüşün. Bu maqalə haqqında yazın və Botanix jurnalında ana dilinizdə dərc edin! Digər məlumatlar üçün bizimlə əlaqə saxlayın.

Kateqorya: hamısı Bitkilərin becərilməsinə göstəriş Ekzotik bitkilər Palmalar Qazon Ziyanvericilər