Biz yeni qazon salırıq
Yeni qazonun və əlavə otun ən münasib əkilmə vaxtı may və ya iyun aylarıdır, il yağmurlu keçərsə, iyul ayı da əkin üçün əlverişli vaxt hesab olunur.
1. yeni qazonun əkilməsi
Qazon əkiləcək sahə 10–15 sm dərinliyndə qazılır. Sonra isə torpağın üst qatı vərdənə (diyircək) vasitəsilə hamarlanır və bərkidilir.
Sizin iki imkanınız var:
a) qazonun əkilməsi
Əvvəlcə qazon əkiləcək sahə ölçülür. Otun toxumunun xərcini hesablayın: 1 m² sahəyə 25 q, hər 10 m² sahəyə isə əlavə 25 q toxum nəzərdə tutulur.
Toxum alarkən onun təzə olmasına mütləq fikir verin, çünki toxum cücərmə qabiliyyətini tez bir zamanda itirir (ikinci il 50% azalır). Mağazada toxumun düzgün qaydada saxlanılmasına fikir verməyi də unutmayın ( nəm olarsa, bəzi toxumlar əvvəcədən cücərmiş olar. Yaxşı olar ki, onu almayasınız – sizə əlavə xərc lazım deyil)! Mağazada 1kq toxumun qiyməti 3–5 Avro-dur (növdən asılı olaraq).
Qazondan necə istifadə etməyinizdən asılı olaraq, toxumu seçirsiniz (məsələn, qazondan gəzmək, idman fəaliyyəti və ya əkisinə, ev quşları üçün yem olaraq istifadə edəcəksiniz). Heç vaxt tanınma nişanı olmayan əkin materialını almayın!
Tanınmış fimaların çap olunmuş məlumat vərəqələri Sizə çoxlu sayda olan ot qarışığının içərisindən nəsə bir şeyi seçməkdə kömək edə bilər. Onları istənilən yaxşı mağazadan əldə edə bilərsiniz.
Alınmış toxum quru, sərin və qaranlıq yerdə saxlanılır. Məsləhət görərdik ki, toxumu növbəti ilə saxlamayasınız, çünki o, cücərmə qabiliyyətini tez itirir.
Toxum „eninə“ may ayında əkilir (bu il iyul ayında). Əkilmə zamanı ensiz dırmıq vasitəsilə torpaq 1sm dərinliyində şırımlanır. Əkindən sonra sahə bərkidilir ( məsələn, vərdənə vasitəsilə) və yaxşı sulanır. Toxum təxminən 14 gün ərzində cücərir. İlk dəfə qazon 10 sm hündürlüyə catdıqda biçilir. Əgər biçindən sonra qazonda boş yer tapsanız, onu əkin ki, qazon sıx olsun. Onu 1–2 həftətədən sonra sentyabr ayının ikinci ongünglüyünə qədər biçin. Biçilmiş otları heç vaxt tullamayın! Bu sayımızın son səhifəsindəki məqaləni bir daha diqqətlə oxuyun!
b) Qazon salmaq üçün əvəllcədən böyüdülmüş sıx otlu xalıdan istifadə olunur
Bu üsul daha tez başa gəlir, ancaq daha bahalıdır. Digər bir tərəfdən isə, o daha sərfəlidir, çünki firmaların çoxu əvvəlcədən böyüdülmüş sıx otlu xalının qiymətinə onun döşənilməsini də aid edir. Beləliklə də, sizin üçün yeni qazonun salınması ilə bağlı bütün işlər aradan qaldırılmış olur.
Qazonun salnması üçün istifadə olunan əvvəlcədən böyüdülmüş, sıx otlu xalı və onun döşənilməsinin xarici ölkələrdə qiyməti 3–5 €/m² ( növündən asılı olaraq).
2.köhnə qazona qulluq
Hər yaz (mart-may aylarında əlverişli havada) qazon yarpaq və quru otlardan təmizlənir, lazım olrsa, əkilir.
Qış mövsümündə qazonu şaxta vurur, ona görə də yazda onu vərdənələmək (hamarlamaq) lazımdır. Bu məqsədlə Siz adi bir aparat düzəldə bilərsiniz – „aerator“.
Bunun üçün 2–3 sm qalınlığında 30 х 30 sm ölçüsü olan lövhə hazırlayın. Ona 10 sm ölçüsündə olan mismar çalın ki, o biri tərəfdən görünsün. Mismarlaarası məsafə 2–3 sm olmalıdır. Bu üsulla taxta üzərində deşiklər açılır, sonra taxta dəstə bərkidilir (onun uzunluğu sizin boyunuzdan asılıdır, o, belə olmalıdır ki, aerator ilə işləmək sizə rahat olsun).
Həmişə biçindən sonra mismarları bu üsulla torpaqda bərkidirsiniz, hansı ki, siz taxta lövhənin üzərində dayana biləsiniz. Sonra onları çıxarırsınız və eyni əməliyyatı bütün qazon üçün təkrar olaraq edirsiniz. Lazım olarsa, yaba kimi də istifadə edə bilərsiniz.
Qazonu suvarmaq istəsəniz, bunu aerasiyadan sonra edin. Suvarılma zamanı su ora – düz bitkinin kökünə vursun.
««« Əvvəlki məqalə: Manqonun toxum vasitəsilə yetişdirilməsi Növbəti məqalə: Qazonun düzgün biçilmə qaydası necədir? »»»
KPR klub haqqında
Təcrübənizə əsasən bitkilərin becərilmə və yetişdirilmə üsulunu bizimlə bölüşün. Bu maqalə haqqında yazın və Botanix jurnalında ana dilinizdə dərc edin! Digər məlumatlar üçün bizimlə əlaqə saxlayın.
Kateqorya: hamısı Bitkilərin becərilməsinə göstəriş Ekzotik bitkilər Palmalar Qazon Ziyanvericilər