Biz bitkiyeyən böcəklərə qarşı mübarizə aparırıq
Təsəvvür edin ki, bitki yeyən böcəklər hamı tərəfindən arzu olunmazdır. Bu kiçik böcəklərə (3–4 mm), demək olar ki, hər yerdə mətbəxdən tutmuş paxlalıların toxumlarına qədər rast olunur.
Ziyanvericilər paxlalılar fəsiləsinin bütün növlərində inkişaf edir. Praktik olaraq paxlalılar fəsiləsinin hər bir növünün öz bitkiyeyən böcəyi olur: paxla – paxla yeyən, noxud – noxud dənyeyəni, mərcimək – mərciməkyeyən, …
Toxumlar gəmirilib deşilmiş, görünən dəliklərdən hücuma məruz qalırlar, böyük böcəklərdən sonra deşiklər qalır. Bəzi növlərə isə (məsələn, paxlayeyən böcək) daha çox toxumların saxlanılması zamanı ziyan vurulur ( çünki onlrın burada yaşaması üçün ideal şərait olur), hətta bitkilər bostanda da hücumlara məruz qalırlar.
Xoşbəxtlikdən onlar ilə mübarizə aparmaq çox adi və təsirlidir (təsiri 100% bərabərdir).
Yetişmiş toxumları topladıqdan sonra onlar dərhal qabıqdan təmizlənir. Toxumlara baxılır və əgər onların içərisində zədələnmiş toxum tapılarsa, həmin dəqiqə onları ləğv edirsiniz (yaxşı olar ki, onların hamısını yandırasınız).
Sonra isə toxumları paketə (sellofan və ya parça) doldurun və 48 saat ərzində buzxanaya yerləşdirin.

Bu üsuldan sonra siz bütün inkişaf mərhələlərində bitkiyeyən böcəkləri məhv etmiş olursunuz. Toxumlar buzxanadan götürülür, kağız parçasının üzərinə düzülür və otaq temperaturunda 2–3 gün ərzində yaxşı qurudulur. Sonra isə əkin zamanına qədər onlar paketdə saxlanılır. Ancaq, mağazadan alınan bu üsul ilə saxlanılan toxumlar bitkiyeyən böcəklərin hücumlarına məruz qala bilər.
Bu səbəbdən də yaxşı olar ki, onlar bankada saxlanılsın, yivli qapaq ilə örtülsün.Toxumlar tamamilə quru olmalıdır, əks halda onlar kiflənərlər. Beləliklə siz əmin ola bilərsiniz ki, bitkiyeyən böcəklər toxumlara hücum etməzlər.
Bitkiyeyən böcəklərə qarşı siz növündən aslı olaraq mübarizə apara bilərsiniz. İş ondadır ki, növlər var ki, bitkiyeyən böcəklər onları xoşlamır.
««« Əvvəlki məqalə: Biz avokado becəririk Növbəti məqalə: Şaxtaya davamlı palma (oxlu kirpi) Rhapidophyllum hystrix »»»
Cümə axşamı 28.12.2023 17:41 | Çap edin | Ziyanvericilər
KPR klub haqqında
Təcrübənizə əsasən bitkilərin becərilmə və yetişdirilmə üsulunu bizimlə bölüşün. Bu maqalə haqqında yazın və Botanix jurnalında ana dilinizdə dərc edin! Digər məlumatlar üçün bizimlə əlaqə saxlayın.
Kateqorya: hamısı Bitkilərin becərilməsinə göstəriş Ekzotik bitkilər Palmalar Qazon Ziyanvericilər